AZ EN RU

Şərur rayonunda vətəndaş qəbulu keçiriləcək

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov 01 fevral tarixində Şərur rayonunda vətəndaşları qəbul edəcək.

Şərur rayon sakinləri Şərur Rayon Mədəniyyət İdarəsinə müraciət etməklə və 542-23-15, 060-508-58-60 nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qeyd edək ki, vətəndaş qəbulu saat 11:00-da Şərur Rayon Mədəniyyət Sarayının inzibati binasında keçiriləcək.

 

Nəşr edilib : 31.01.2024 16:31