AZ EN RU

Şərur rayonunda və ətraf kənd avtomobil yollarında yeni yol nişanları quraşdırılıb

Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 
Şərur rayonu və ətraf kənd avtomobil yollarında (Ələkli, Xanlıqlar, Vərməziyar, İbadulla, Yengicə, Dəmirçi) müvafiq yerlərdə yeni yol nişanları quraşdırılıb.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, quraşdırılan yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

YAXŞI YOL...

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti

Nəşr edilib : 26.04.2024 16:37