AZ EN RU

Şərur rayonunda səyyar aptekin təqdimatı keçirilib

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə rayonun Dərvişlər kəndində bitkiçilik və heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Bitkiçilik və heyvandarlıq sahələri üzrə səyyar aptekin yaradılmasının əhəmiyyəti” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
    Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mirkərim Seyidov bu kimi tədbirlərin əhəmiyyətindən danışıb.
    Tədbirdə nazirliyin əməkdaşları Əyyub Abdullayev, Fəxrəddin Əliyev, Niyamət İsayev çıxış edərək vurğulayıblar ki, səyyar baytarlıq aptekinin yaradılmasında əsas məqsəd mülkiyyətçilərin vaxtına qənaət olunması və dərmanların yerlərdə onlara çatdırılmasıdır. Kəndlərdə, yaylaqlarda, fermalarda dərmanların satılması zamanı mütəxəssislərlə mülkiyyətçilərin birbaşa təması yaranır ki, bu da, öz növbəsində, dərman preparatlarının mütəxəssis tövsiyəsi ilə istifadəsinə imkan verəcək. 
    Həmçinin mütəxəssislər tərəfindən dərman preparatlarından istifadə qaydaları haqqında iştirakçılara ətraflı məlumat verilib.
    Mütəxəssislər sahibkarları maraqlandıran sualları ətraflı cavablandırıb, onlara yaddaş kitabçaları paylayıb və mülkiyyətçilərə dərman preparatlarının satışı həyata keçirilib.

 Naxçıvan Muxtar Respublikası Kənd 
Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.08.2022 18:52