AZ EN RU

Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

"Şərq qapısı" xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yuxarı Aralıq kəndində qeydə alınıb. Belə ki, "VAZ2106" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşub. Hadisə nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Nihat Razi oğlu ölüb. "VAZ2106" markalı avtomobildə olan digər iki sərnişin Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü  Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıblar. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 22.06.2024 11:45