AZ EN RU

Şərur rayonunda narkotikə görə 3 nəfər tutulub - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şərur RPİ-nin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin satışında və istifadəsində şübhəli bilinən 3 nəfər Şərur rayon sakinlərini müəyyənləşdirərək saxlayıb və onlar barəsində toplanmış materiallar məhkəməyə göndərilib.  

Şərur rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə müvafiq olaraq, 1994-cü il təvəllüdlü Oğlanqala kənd sakini Əyyub Abdullayevə 30 gün, 1991-ci il təvəllüdlü Çomaxtur kənd sakini Rasif Əliyevə 30 gün və 1994-cü il təvəllüdlü Qarxun kənd sakini Əli Məmiyevə isə 25 gün müddətində həbs növündə inzibati  tənbeh tədbiri tətbiq olunub.

 

Nəşr edilib : 14.02.2023 17:52