AZ EN RU

Şərur rayonunda meliorativ tədbirlər həyata keçirilir

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən kollektor, kanal və ara arxların lildən təmizlənməsi işləri davam edir. 
Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki,  idarənin əməkdaşları tərəfindən Axamət kəndində 1,2, Dəmirçi kəndində isə 1,5 kilometr məsafədə  kollektorlarda lildən təmizləmə işləri görülüb.Həmçinin Siyaqut kəndində 700 metr, Qarxun kəndində  2,8 kilometr məsafədə ana arxlarda,  Xələc kəndinde 2 kilometr, Oğuz, Alışar, Arpaçay, Çəmənli, Dərvişlər kəndlərində isə 3,7 kilometr məsafədə ara arxlarda, Dəmirçi kəndində Şərur kanalı üzərində lildən təmizləmə işləri aparılıb.  
 Meliorativ tədbirlər rayonun digər kəndlərində də davam edəcək.

Nəşr edilib : 15.03.2024 14:49