AZ EN RU

Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

"Şərq qapısı" xəbər verir ki, hadisə rayonun Aşağı Daşarx ərazisində qeydə alınıb. İki avtomobil toqquşması nəticəsində Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Ələkbərov Rahib Mahir oğlu ölüb. Avtomobildə olan digər sərnişin, 1993-cü il təvəllüdlü, Aşağı Daşarx kənd sakini Məmmədova Şəfəq Vaqif qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Kəllə beyin travması alan Ş.Məmmədovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 26.06.2024 00:56