AZ EN RU

Şərur rayonu Diyadin kəndində baş verən yanğın söndürülüb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şərur rayonu Diyadin kəndində ot bağlamalarında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən ərazilərə cəlb olunub.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının daha geniş əraziyə keçməsinə imkan verilmədən söndürülüb.

Nəşr edilib : 01.04.2024 15:49