AZ EN RU

Şərur rayon Təhsil Şöbəsi açıqlama yayıb

Şərur rayon Təhsil Şöbəsi tərəfindən müxtəlif sosial şəbəkə ünvanlarında və media saytlarında rayonunun Muğancıq Mehrab kənd tam orta məktəbinin şagirdinin digər şagird yoldaşlarına qarşı kobud rəftarı ilə bağlı yayılan məlumatdan sonra  bu məsələ ilə bağlı komissiya yaradılmışdır. Komissiya üzvləri adıçəkilən təhsil müəssisəsində araşdırma aparmış  və məlum olmuşdur  ki, həmin şagird məktəbdə nizam-intizam qaydalarını pozmuşdur. Aidiyyəti üzrə məktəb direktorunun, direktor müavinin, sinif rəhbərinin və digər aidiyyəti şəxslərin  izahatları alınmış, şagirdlə profilaktiki söhbətlər aparılmış  və hüquq mühafizə orqanlarına dərhal məlumat verilmişdir. Hazırda qeyd olunan məsələ ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır. 
Komissiya tərəfindən məktəb rəhbərliyinə həmin məktəblinin nəzarətdə saxlanılması, mütəmadi olaraq  şagirdlə profilaktiki söhbətlərin aparılması   ilə bağlı tapşırıqlar  verilmişdir. Komissiya üzvləri şagirdin valideyinləri ilə də görüşmüş, şagirdin məktəbdəki intizamsızlığı ilə bağlı  məsələ onların diqqətinə çatdırılmışdır.

Nəşr edilib : 01.03.2024 15:57