AZ EN RU

Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə maarifləndirici tədbir keçirib

Şərur  rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Şərur şəhər 1 nömrəli  tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru və tədris işləri üzrə direktor müavini iştirak etmişdir.
Şərur  rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas Jalə İbrahimova "Ümumilli lider Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisidir” başlıqlı mövzu ilə bağlı və rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri  Araz Zöhrabov  “Narkomaniya ilə mübarizə sağlam gələcliyimizin təminatıdır” başlıqlı mövzu ilə çıxış etmişlər.
Sonda şagirdlər tərəfindən verilmiş suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

Xəbərlər şöbəsi

Nəşr edilib : 03.04.2023 12:20