AZ EN RU

Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə maarifləndirici tədbir keçirib

Şərur  rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Şərur şəhər 2 nömrəli  tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru, təlim tərbiyə işləri üzrə direktor müavini və uşaq birliyinin rəhbəri də iştirak etmişdir.Şərur  rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Elvin Qulusoylu "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının qanunun tətbiqinin xüsusiyyətləri” başlıqlı mövzu ilə bağlı və rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Rauf Cəfərov “Uşaq hüquqlarının həyata keçirilməsində dövlət nəzarətinin qaydaları” başlıqlı mövzu ilə çıxış etmişlər.

Sonda şagirdlər tərəfindən verilmiş suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

Nəşr edilib : 21.02.2023 17:18