AZ EN RU

Şərur rayon gənclərinin Ordubad rayonuna ekskursiya təşkil olunub

"Şərqin qapısı sayılan Naxçıvan" başlığı altında Şərur rayon gənclərinin Ordubad rayonuna ekskursiya təşkil olunub
Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 04 may 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, həmçinin "Ordubad "Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Şərqin qapısı sayılan Naxçıvan" başlığı altında Şərur rayon gənclərinin Ordubad rayonuna ekskursiya təşkil olunub.
Ordubadın tarixi abidələrinin tanıdılması məqsədi ilə reallaşan ekskursiyada gənclər əvvəlcə Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə gül dəstələri düzərək unudulmaz xatirəsini ehtiramla anıblar.
Ekskursiyanın təşkil olunmasında məqsəd muxtar respublikanın tarixi yerlərini və turizm məkanlarını gənclərə tanıtmaq və muxtar respublikanın təbliğində gənclərin fəallığını artırmaqdır.
Gənclər Ordubad şəhəri ərazisində yerləşən Qeysəriyyə muzeyini həmçinin kimyaçı alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, ədib, roman ustası Məmməd Səid Ordubadinin, pedaqoq, şair-publisist Məhəmməd Tağı Sidqinin ev - muzeylərini, ziyarət etmiş, qədim
Sərşəhər məhəlləsini gəzib, tarixi Buzxana abidəsi ilə tanış olublar.
Gənclərə ekskursiya etdikləri muzeylər və abidələr barəsində ətraflı məlumat verilib.

Nəşr edilib : 07.05.2024 22:56