AZ EN RU

Şərur rayon Çərçiboğan kəndində biçilmiş taxıl sahəsində yanğın baş verib

Şərur rayon Çərçiboğan kəndində biçilmiş taxıl sahəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Çərçiboğan kəndində biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Nəşr edilib : 11.07.2023 15:35