AZ EN RU

Şərur, Kəngərli və Şahbuzda gənclər hərbi xidmətə yola salınıb - FOTOLAR

Şərur, Kəngərli və Şahbuz rayonlarında çağırışçıların hərbi xidmətə yola salınması münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər gəncləri hərbi xidmətə yola salınmaları münasibətilə təbrik edib, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksək olan Azərbaycan əsgərinin Qarabağda zəfər çaldığını, əzəli torpaqlarımızı işğaldan azad etdiyini fəxarətlə dilə gətiriblər. Çıxışlarda Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordu quruculuğu prosesində qazanılan uğurlardan danışılıb, hərbi xidmətə yola salınan gənclərin Silahlı Qüvvələrimizin qorxmaz və cəsur əsgərləri olacaqlarına inam ifadə edilib.

Qeyd edək ki, çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması iyulun 30-dək davam edəcək.

Nəşr edilib : 03.07.2023 19:41