AZ EN RU

Şərur kəndlərində məhəllədaxili yollar abadlaşdırılır

Yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq Şərur rayonunda da kəndlərdə sakinlərlə səyyar-görüşlər keçirilir. Görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların həllini təmin etməkdir.

Vətəndaşların problemlərinin həll olunması istiqamətində Şərur rayonunun kəndlərində məhəllədaxili yollarda həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Yollar kürənir, qum-çınqıl daşınıb tökülərək hamarlanır, bərkidilir. Şərur rayonunun Dizə, Kərimbəyli, Maxta, Şəhriyar, Qarahəsənli, Siyaqut və Kürçülü kəndlərində işlər artıq yekunlaşıb. Rayonun digər 22 kəndində də abadlıq işləri davam etdiriləcək.

Dizə kəndində 650 metr, Kərimbəyli kəndində 1000 metr, Maxta kəndində 1160 metr, Şəhriyar kəndində 900 metr, Qarahəsənli kəndində 850 metr, Siyaqut kəndində 850 metr, Kürçülü kəndində 950 metr məsafədə kənddaxili yollara qum-çınqıl döşənib.

Məhəllədaxili yolların abadlaşdırılması kənd sakinləri tərəfindən razılıqla qarşılanıb. Sakinlər görülən işlərə görə dövlətimizə minnətdarlıq ediblər.

Qeyd edək ki, bütün bu işlər yerli bələdiyyələrin tərkibində vergilər və ödənişlərlə formalaşan büdcə vəsaiti hesabına görülür.

Nəşr edilib : 19.01.2024 15:59