AZ EN RU

Şərur, Babək və Ordubad rayonlarında yanğınlar olub

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ordubad rayonun Dəstə, Babək rayonun Şıxmahmud, Şərur rayonun Məmmədsabir  kəndlərində həyətyanı sahələrdə, Şərur rayonun Zeyvə kəndində isə qəbirstanlıqda və ona yaxın həyətyanı sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatlarla əlaqədar Ordubad, Şərur və Babək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının və fərdi yaşayış evinə, yardımçı tikiliyə keçməsinin qarşısı alınıb.

Nəşr edilib : 18.06.2024 19:28