AZ EN RU

Şərur, Babək və Kəngərli rayonlarında yanğınlar baş verib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonun Çərçiboğan, Babək rayonun Xalxal kəndlərində həyətyanı, Babək rayonun Nəzərabad, Şərur rayonun Qarxun və Kəngərli rayonun Qarabağlar kəndlərində quru otluq sahələrdə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

"Şərq qapısı" xəbər verir ki, məlumatlarla əlaqədar Naxçıvan şəhər və Babək, Şərur, Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Nəşr edilib : 12.06.2024 21:11