AZ EN RU

Sertifikasiyadan keçmiş müəllimlərdən 150 nəfəri imtahan rəhbəri seçilib

Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə 2018-ci ildən zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi həyata keçirilir. Bu layihəyə maraq yüksəkdir və bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 3200-ə yaxın namizəd müraciət edib.

Bunu imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib. O bildirib ki, bu il sertifikasiyadan keçmiş müəllimlərdən 150 nəfəri imtahan rəhbəri seçilib.

Nəşr edilib : 25.01.2024 11:48