AZ EN RU

“Şərq qapısı” qəzetinin rəsmi internet saytı yenilənmişdir

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən “Şərq qapısı” qəzetinin rəsmiinternet saytı müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanmışdır.

www.serqqapisi.azdomen adı ilə fəaliyyət göstərən yeni internet saytı həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilmiş və yeni informasiyalarla zənginləşdirilmişdir. İstifadəçi rahatlığını təmin etmək üçün yeni sayt müasir üslübda tərtib edilərək, hər bir istifadəçinin kompüterinin, istər planşetinin və ya mobil telefonunun ekran ölçülərinə (responsive dizayn) uyğun hazırlanmışdır.

Əsas səhifədə istifadəçilərin informasiya əldə etmələri üçün qəzetin ünvanı, əlaqə telefonu, elektron poçt ünvanı və “Axtarış”  bölməsi yerləşdirilmiş, “Rəsmi xronika” və “Həftəlik nömrələr” slaydlar şəklində yığılmış,həmçinin saytın əvvəlki versiyası saxlanılmaqla www.oldserqqapisi.az domeninə keçid təmin olunmuşdur.

Vətəndaşların elektron formada müraciət etmələri üçün “Əlaqə” bölməsi yaradılmış, “Xəbərlər” bölməsinə “İctimai-siyasi”, “İqtisadiyyat”, “Sosial”, “Elm-təhsil”, “Mədəniyyət”, “Turizm”, “İdman”, “Müsahibələr” alt bölmələrinə keçidlər də daxil edilmişdir. “Faydalı linklər” bölməsində bir sıra internet saytlarına keçidlər qeyd edilmiş, saytın “Naxçıvan bu gün” adlı bölməsində isə muxtar respublikamızın inkişafını və  turizm potensialını əks etdirən, eləcə də tarixi abidələrinin fotoşəkilləri slaydlar vasitəsilə göstərilmişdir.

Qəzetin internet səhifəsi SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, saytın optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi vəaxtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilmiş, eləcə də domenə bağlı e-poçt adresləri ilə təmin olunmuşdur. Həmçinin qəzetin aidiyyəti əməkdaşlarına istifadəçi idarəetmə panelinin təlimi ilə əlaqədar metodiki köməklik göstərilmişdir.

Yeni hazırlanmış sayt həm ingilis, həm də rus dillərində fəaliyyət göstərməklə oxucuların istəyinə uyğun olaraq internet səhifəsindən daha operativ faydalanmasına öz töhfəsini verəcəkdir. Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet saytı qəzetin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir.

  Naxçıvan Muxtar Respublikası Rabitə və

Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 14.01.2022 12:12