AZ EN RU

“Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov yazır: Cənab Prezidentin Naxçıvanın 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam naxçıvanlılara böyük sevinc bəxş etdi

Hörmətli cənab Prezident!

Min illərdir ki, xalqımız nəsildən-nəslə ötürə-ötürə ən böyük ata-baba əmanəti kimi yaşatdığı şərəfli tariximizə son illərdə vurulmuş zərbəni 44 gün 23 saat ərzində sağaltdınız. Bununla da qürurumuzun Xankəndi zirvəsini, ərazi bütövlüyümüzün Qarabağ böyüklüyünü özümüzə qaytardınız. Azərbaycançılıq ideologiyasının böyük dəyər daşıdığını, bu dəyərin hər bir azərbaycanlı üçün müqəddəs məktəb olduğunu dünyaya göstərdiniz – həm cəbhədə, həm siyasət aləmində. Böyük strateq olduğunuzu sübuta yetirdiniz.  Sübuta yetirdiniz ki, ata vəsiyyətinə sadiq qalmaq, bu vəsiyyətə əməl etmək xalqımızın qanı ilə gələn ən böyük vəzifədir.

Bu günlərdə Sizin atdığınız daha bir addım xalqımıza, naxçıvanlılara böyük sevinc bəxş etdi. 2023-cü il 30 dekabr tarixdə imzaladığınız “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam dövlətçiliyimizin intişar, taleyüklü məsələlərin həllini tapdığı, blokada şəraitində yaşayan Naxçıvana böyük diqqət və qayğınızın ifadəsinə çevrildi. Bununla siz Ulu Öndərin vaxtilə dediyi “Çox mənmunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır” qənaətinə böyük ehtiramınız kimi dəyərləndirilir.

Hörmətli cənab Prezident! Azərbaycan xalqı səbirsizliklə 2024-cü ilin fevral ayının 7-ni gözləyir. O gün tariximizə əbədi hərflərlə yazılacaq, xalqımızın dəstəyini yenidən görəcəksiniz. Bu dəstəyi Siz xalqımızın yolunda öz gücünüz, qabiliyyətiniz, xalqımıza xidmətiniz və sevginizlə qazanmısınız.

Cənab Prezident! Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir və bundan sonra da müstəqil Azərbaycanın daha da inkişafı, tərəqqisi yolunda Sizə sağlam həyat arzulayırıq. Xalqımız, son 20 ildə də gördüyünüz kimi, həmişə Sizinlə birlikdədir.

 

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 30.12.2023 17:41