AZ EN RU

"Şərq qapısı" qəzetinin media tərəfdaşlığı ilə "Naxçıvanın səsi" müsabiqəsinin final mərhələsi başa çatıb

Naxçıvanda ilk dəfə təşkil olunan "Snowfest - qış festivalı"nda həyata keçirilən “Naxçıvanın Səsi” müsabiqəsinin final mərhələsi baş tutub. İstedadlı iştirakçılardan yeddi yarımfinalist final mərhələsində birinci, ikinci və üçüncü yerlər üzrə mübarizə aparıblar. Azərbaycan və türk  musiqisinin bir-birindən maraqlı nümunələrinin ifa olunduğu final mərhələsində müvafiq olaraq "Azərbaycan" mahnısını ifa edən Abbas Rzayev birinci yer üzrə  mükafatlandırılıb. İkinci yer üzrə Turan Hüseynli, üçüncü yer üzrə isə iki iştirakçı - Şahmar Şıxəliyev və Fərid Nəsirli mükafata layiq görülüblər.

Nəşr edilib : 01.01.2024 21:02