AZ EN RU

“Şərq qapısı” qəzetinin ilk olaraq işıqlandırdığı su problemi öz həllini tapdı

Azərbaycan Respublikası dövlətinin Naxçıvanda başlatdığı əsaslı islahatların davamı olaraq qəzetimizin uzun müddətdən bəri Naxçıvan şəhərinə kirəcli su verilməsi problemi ilə bağlı 14 yanvar 2023-cü il tarixli sayında dərc olunmuş “Cəbiş müəllimin paxırlı su gileyi” başlıqlı felyeton ictimaiyyətdə geniş əks-səda doğurmuşdur. Problemin həlli ilə bağlı Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsindən bu gün aldığımız məlumatda artıq kirəcli suyun filtrasiyası üçün nəzərdə tutulmuş xarici ölkə istehsalı olan membranların alınıb muxtar respublikaya gətirildiyi bildirilir. İdarədən daxil olan bu vacib xəbərdə qeyd olunur ki, artıq bir neçə günə vaxtı keçmiş bütün membranlar dəyişdirilib, əhaliyə kirəcdən təmizlənmiş su veriləcək.

Xəbərlər şöbəsi

Nəşr edilib : 01.02.2023 19:08