AZ EN RU

"Şərq qapısı" qəzetinin əməkdaşları təltif edilib

Bu gün Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda media nümayəndələri ilə dəyirmi masa keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə ailə, qadın və uşaq məsələlərinin təbliğində sıx əməkdaşlıq etdiyinə görə "Şərq qapısı" qəzetinin şöbə müdiri Güntac Şahməmmədli və fotomüxbir Zülfüqar Qurbanov diplomla təltif ediliblər.

Nəşr edilib : 19.07.2024 12:30