AZ EN RU

Şərq qapısı” qəzetinin əməkdaşı Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında keçirdiyi fərdi yazı müsabiqəsində II yerin qalibi olub

Məlum olduğu kimi, 2023–cü il Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə  ölkəmizdə “Heydər Əliyev” ili elan edilmişdir. Ulu Öndərin  dünyaya göz açdığı və yeni, müstəqil  Azərbaycanın təməlinin atıldığı Naxçıvan Muxtar Respublikasında da” Heydər Əliyev” İli münasibəti ilə bir çox tədbirlər baş keçirilir. Bu tədbirlər çərçivəsində bir çox mətbu orqanlar “Şərq qapısı” qəzetində də   Ulu Öndərin həyatı və siyasi fəaliyyəti, Naxçıvanın xilası və dirçəlişi sahəsində gördüyü işlər haqqında  silsilə yazılar dərc edilir. Qəzetin əməkdaşı Ramiyə Əkbərovanın qəzetin 4 may 2023 –cü il tarixli sayında dərc edilən “Naxçıvanın xilası və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır “sərlövhəli yazısı da bunlardan biridir. Yazı  Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda keçirdiyi fərdi yazı müsabiqəsinə təqdim edilib və “Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu” adlı ikinci nominasiya üzrə  II yerin qalibi  olub.

Müsabiqəyə   üç istiqamət üzrə yazılar təqdim edilib və şərtlərə uyğun olaraq üç nominasiyanın hər biri üzrə  bir nəfər I, bir nəfər II, bir nəfər III yer üzrə qalibi elan edilib. 
Qeyd edək  ki, “Heydər Əliyev İli”çərçivəsində “Şərq qapısı “qəzetinin  məsul katibi Muxtar Məmmədovun dahi rəhbərə həsr etdiyi” O yaşayır, yaşayacaq ürəklərdə” adlı kitabı da işıq üzü görüb.   

Nəşr edilib : 19.07.2023 20:51