AZ EN RU

"Şərq qapısı" qəzetinin əməkdaşı Rəssamlar Birliyinə üzv qəbul olunub

Bu gün "Şərq qapısı" qəzetinin əməkdaşı “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuş Aidə İbrahimova Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə üzv qəbul olunub. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Rəngkarlıq ixtisası üzrə III kurs tələbəsi olan gənc rəssamın yağlı boya ilə realizm üslubunda çəkdiyi rəsmlər qısa müddətdə yerli sənətsevərlərin rəğbətini qazanmış, onu yeni yaradıcılıq uğurlarına həvəsləndirmişdir. Qeyd edək ki, ötən il Aidə İbrahimovanın Şimali Kiprdə Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fərdi sərgisi keçirilmişdir.

Aysel YUSİFZADƏ

Nəşr edilib : 17.01.2024 18:09