AZ EN RU

“Şərq qapısı” qəzetinin əməkdaşı ilk dəfə səs verib

Tariximizə “Zəfər seçkisi” kimi daxil olan növbədənkənar prezident seçkilərində ilk dəfə səsvermə hüququndan istifadə edən gənclər arasında “Şərq qapısı” qəzetinin 19 yaşlı əməkdaşı Rafiq Təhməzov da var.

O, təəssüratlarını bizimlə belə bölüşdü: – 2005-ci il 26 yanvar tarixdə doğulduğum üçün bu gün keçirilən növbədənkənar prezident seçkilərində ilk dəfə olaraq səs vermək hüququ qazandım. Seçkilərdə iştirak etmək mənə, hər şeydən öncə, özümü bir şəxsiyyət kimi hiss etdirdi. Xalqın rifahında və gələcəyində mənim də rolumun olacağı üçün çox xoşbəxtəm. Bir gənc kimi mən öz vəzifəmi yerinə yetirdim.

Nəşr edilib : 07.02.2024 10:11