AZ EN RU

“Şərq qapısı” qəzetinin baş redaktor müavini təyin edilib

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən, Məmməd İlqar oğlu Babayev müavin vəzifəsinə təyin edilib.

Məmməd Babayev Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisasının bakalavr və magistr pilləsini bitirib. O "Naxçıvan səsi" radiosunda müxbir, Naxçıvan Televiziyasında baş redaktor, Ali Məclis Aparatında Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində məsləhətçi, Naxçıvan Gənclər Fondunun icraçı direktoru vəzifələrində fəaliyyət göstərib. 

Naxçıvan Dövlət Universitetinin müəllimi olan Məmməd Babayev bu təyinatdan əvvəl Naxçıvan Dövlət İmtahan Mərkəzinin mətbuat katibi vəzifəsində çalışırdı.

Nəşr edilib : 08.08.2023 12:35