AZ EN RU

“Şərq qapısı” qəzeti tələbə-jurnalistlərin mətbuat tribunasıdır

Biz, tələbə-jurnalistlər də cənab Prezidentimizə minnətdarlığımızı bildirir, 100 illik “Şərq qapısı”nı səmimi qəlbdən təbrik edirik. Belə bir statusun qəzetə verilməsi həm də Naxçıvanın ən böyük mətbuat ocağı, necə deyərlər, “ata ocağı”nın ətrafına media subyektlərini yığmağa imkan yaradacaq. Qədim diyarın füsunkar gözəlliklərini həm oxuduğumuz, həm də gördüyümüz bu qəzetdə bundan sonra da ancaq qələbə sevincləri, zəfər xəbərləri yayımlanacaq, hər kəs yazacaq, yaradacaq.

 “Şərq qapısı” qəzeti bizə qucaq açan, yer verən, təcrübə qazandıran böyük bir məktəb bir tarixdir. Tarixi öyrənmək lazımdır, tarixi tarix içində, 100 illik bir qəzetdən öyrənmək, şübhəsiz ki, daha əhəmiyyətli və daha təcrübəli olar. Naxçıvan mühitində yetişən jurnalistlər hər zaman ölkə mediasında fəal fəaliyyətləri ilə seçilirlər. Buna görə də yetişdirmək amalı, çalışmaq istəyi və zəhmət göstərmək həvəsi Naxçıvanda daha geniş vüsət alır.

Naxçıvanım, 100 illik tarixinə naxış vuran qəzetin var sənin !

“Şərq qapısı” qəzeti son dövrlərdə isə ən çox istinadlarla, xəbərlərlə və maraqlı layihələri ilə də yadda qalır. Buna görə də həm ölkə, həm də qonşu ölkələrin mediasında da müzakirə olunur. Qəzet heyətinin əksəriyyətini isə gənclər təşkil edir, gənc əməkdaşların yazdıqları, yaratdıqları isə insana əlavə stimul və mənəvi rahatlıq bəxş edir.

Hazırda qəzetdə həm tələbə-jurnalistlər, həm də məzun olmuş jurnalistlər fəaliyyət göstərir.

Daim yeniliklərə doğru 100 illik qədim diyarın sökülməz ilməsi!      

Nəşr edilib : 02.05.2024 15:44