AZ EN RU

“Şərq qapısı” dünyaya həmrəylik səsimizi ucaldacaq

     Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Şərq qapısı" qəzeti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar dekabr ayı ərzində dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizdən alınmış müsahibələri, onların hazırladığı yazıları dərc edəcək. Dahi şəxsiyyətin xalqımızı birləşdirən azərbaycançılıq ideologiyasına əsaslanaraq "Həmrəyliyimizin ən böyük ideyası - Azərbaycançılıq" devizi altında dərc ediləcək yazılarda əsas məqsəd harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının timsalında milli birliyimizi, həmrəyliyimizi nümayiş etdirməkdir. Eyni zamanda Azərbaycanın tanıdılması, təbliği istiqamətində görülən işlər, diaspor fəaliyyətinin bugünkü mənzərəsi haqqında təsəvvür yaratmaqdır.

Nəşr edilib : 02.12.2023 12:30