AZ EN RU

Sərmayə kapitalından düzgün istifadə olunur

    Naxçıvan Muxtar Respublikasında qadınlar tərəfindən ailə təsərrüfatlarının qurulması və ya genişləndirilməsinə maddi dəstək göstərilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sahənin inkişafı ilə bağlı sosial layihələr icra olunur, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilir. Cari ildə Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsində qadınlara sərmayə kapitalı verilmişdir. Sərmayə kapitalı alan 4 qadının evində həmin kapitaldan düzgün istifadə olunması və ya müvafiq sahələrin qurulması ilə əlaqədar monitorinq keçirilmişdir. 2023-cü il 25 yanvar  tarixdə keçirilən monitorinq zamanı məlum olmuşdur ki, layihə iştirakçısı olan Naxçıvan şəhər sakinləri Tutu Şahbazova dərzilik, Tamella Vəliyeva toxuculuq, Miranə Həmzəyeva dekorativ-tətbiqi sənət, Türkanə Musayeva isə xalçaçılıq sahələri üzrə sərmayə kapitalından öz təyinatlarına uyğun istifadə edirlər. Monitorinq zamanı  heç bir  nöqsan aşkarlanmamışdır. 
    Sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsi

Nəşr edilib : 25.01.2023 20:02