AZ EN RU

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti ərazisində sərhədçilər qarlı hava şəraitində sərhədlərimizi mühafizə edirlər.

Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, Zəfər və qəhrəmanlıq simvolu olan Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısından bəhrələnən sərhədçilərimiz yaz fəslində hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq dövlət sərhədlərimizin çətin keçilən relyefə malik ərazilərində öz xidməti vəzifələrini şərəflə yerinə yetirirlər.

Həmin ərazilərdə xidmət aparan hərbi qulluqçular qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını uğurla yerinə yetirir, müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edirlər.

Nəşr edilib : 17.05.2024 18:14