AZ EN RU

Sərgi-satışda 245 müəllifin 9931 manat dəyərində 931 əl işi satılıb

Ötən il Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edlib.

Komitənin mətbuat xidmətinin məlumatına görə ötən ilin sentyabr ayının 29-dan oktyabr ayının 11-dək davam etmiş sərgi-satış çərçivəsində “Ən yaxşı əl işləri” müsabiqəsinin qalibi olan istedadlı şəxslərin mükafatlandırılması ilə bağlı yekun tədbir keçirilib. Tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblərə diplom, sərgi-satışda fəal iştirak edən istedadlı qadınlara, həmçinin sərgi-satışın təşkilatçılığında yaxından iştirak edən təşkilatlara isə təşəkkürnamə təqdim edilib. Sərgi-satışda 245 müəllifin 9931 manat dəyərində 931 əl işi satılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 19.01.2024 16:01