AZ EN RU

Sergey Lavrov: Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinin vaxtı gəlib çatıb

Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinin və dinc həyatın vaxtı gəlib çatıb.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrindəki çıxışında bildirib.

"İndi İrəvan və Bakı öz aralarında iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın, onun qurulmasının, etimadın möhkəmləndirilməsinin vaxtı gəlib çatıb. Rusiya sülhməramlıları kontingenti buna hər cür kömək edəcək”, - deyə nazir vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Nəşr edilib : 23.09.2023 22:30