AZ EN RU

Sərfəli kredit məhsulları təqdim edən “Naxçıvanbank” 2022-ci ili uğurla başa vurur

    Geniş bank xidmətləri təklif edən “Naxçıvanbank” sərfəli  kredit məhsulları da təqdim etməklə 2022-ci ili yüksək mənfəət və keyfiyyətli kredit portfeli ilə başa vurur.
   Bankın müasir dizaynda təmir olunmuş Baş ofis və filialları müştərilərin rahatlığı üçün geniş xidmətlər təklif etməkdədir.
     Eyni zamanda xidmət keyfiyyətinin artırılması məqsədilə istifadəyə verilən yeni nəsil (Cash-In və Recycler ATM)  bankomat və ödəniş terminalları müştərilərin kommunal, rabitə, büdcə, təhsilhaqqı və digər ödənişlərini rahat şəkildə həyata keçirməsini təmin edir. Hazırda 50 ədəd bankomat, 99 ədəd ödəniş terminalları müştərilərin istifadəsindədir.
    Yeni ildən etibarən bankın əməliyyat sistemində edilən yeni dəyişiklik sayəsində xidmət keyfiyyəti daha da yüksəldiləcək, həmçinin Mobil tətbiq və yenilənmiş “İnternet Bankçılıq” müştərilərin istifadəsinə veriləcəkdir.
    Ölkənin yeganə regional bankı olan “Naxçıvanbank” regionda və paytaxt Bakı şəhərində müştərilərinə yüksək keyfiyyətli fərdi və korporativ bank xidməti göstərir.
    Müştərilər 1185 Çağrı Mərkəzinə zəng etməklə və www.naxcivanbank.az saytına daxil olmaqla bankın məhsul və xidmətlərilə bağlı ətraflı məlumat əldə edə bilərlər.
    Qeyd edək ki, bankın əsaslı təmir işləri davam edən Naxçıvan və Culfa filialları da yeni ildən etibarən müştərilərin istifadəsinə veriləcəkdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 30.12.2022 21:00