AZ EN RU

Sentyabrın birinci ongünlüyündə ən yüksək temperatur Naxçıvanda qeydə alınıb

Respublikanın əksər bölgələrində sentyabrın birinci ongünlüyündə əsasən yağıntılı hava şəraiti və havanın orta temperaturunun çoxillik iqlim normasından 1-3º yüksək olması müşahidə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 24,2º, Naxçıvanda 27,1º, Mil-Muğan, Mərkəzi Aran, Gəncə-Goranboy və Qarabağ bölgələrində 24-25º, Şəki-Zaqatalada 23-24º, Dağlıq Şirvan bölgəsində və Qubada 20-22º, Lənkəran-Astarada 21-25º, Tovuz-Qazaxda 18-24º təşkil edib.

Havanın minimum temperaturu Gədəbəydə 7º, Qazax və İsmayıllıda 11º, Quba, Naxçıvan və Acınohurda 12º, Zaqatala, Ceyrançöl, Şamaxı və Tovuzda 13º, Şəki və Gəncədə 14º, Bərdədə 15º, Cəfərxan və Lənkəranda 16º, Zərdab, Göyçay və Maştağada 17º olub.

Nəşr edilib : 13.09.2022 15:41