AZ EN RU

Səninlə qürur duyuruq, əziz diyar!

Oğuz xanın əmanəti, Heydər Qulu xanın məskəni, gözəl yurdum, Naxçıvan! 100 illik muxtariyyətin mübarək! Damarında türk qanı axan, vətən deyib can fəda edən, tarixboyu qəhrəmanlıqla mübarizə aparan  qəhrəmanlar diyarı! Gözəl yurdum, Naxçıvanım, artıq 100 ildir, öz ləyaqət və yüksəkliyini hiss edərək vüqarla yaşadırsan adını! Yetişdirdiyin övladların sənə layiq olduğunu torpaqlarımızın işğaldan azad olunması zamanı bir daha sübut etdilər! Səninlə öyünürük, fərəhlənirik, fəxr edirik, əziz diyar! Gələcək illərə daha uğurlu addımlarla irəliləmək ümidi ilə Naxçıvanım!

Araz Quliyev

Nəşr edilib : 09.02.2024 15:40