AZ EN RU

Şənbə-bazar günləri ərzində yığılan silah və sursatların sayı açıqlanıb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 qumbara, 2 qumbaratan, 5 süngü bıçaq 1 alışdırıcı, 75 patron darağı, müxtəlif çaplı 1870 patron və digər sursatlar aşkarlanaraq götürülüb.
Son iki gündə polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 9 tüfəng, 1 patron darağı və 1 müxtəlif çaplı patron təhvil götürüblər.
Martın 30-da və 31-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 patron darağı və müxtəlif çaplı 37 patron aşkar edilərək götürülüb.

Nəşr edilib : 01.04.2024 10:38