AZ EN RU

Sənayenin inkişafına dövlət maliyyə dəstəyi göstərilir

    Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, sənaye müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi 2022-ci ilin birinci yarım ilində də davam etdirilmişdir. Bu ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına sənayeyönümlü 15 layihəyə 4 milyon 903 min manat kredit verilmişdir. Hazırda 3 istehsal korpusundan ibarət olan Şərur Sənaye Məhəlləsində ayaqqabı, Avropa qapıları, bərk və yumşaq mebel istehsalı sahələri fəaliyyət göstərir. Həmçinin corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, süd məhsullarının emalı və qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi və qurudulması və bitki yağı istehsalı sahəsinin qurulması istiqamətində işlər davam etdirilir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü layihələrə 1 milyon 36 min manat güzəştli kredit verilmişdir. Bununla yanaşı, kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən ailə təsərrüfatlarına Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində 766 min manat dövlət maliyyə dəstəyi də göstərilmişdir. Muxtar respublikada sahibkarlığın inkişafını daha da sürətləndirmək və onların fəaliyyətinə mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədilə cari ilin ilk yarısında xüsusi fəaliyyət növləri üzrə 144 icazə, 691 lisenziya verilmişdir. 

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 18.07.2022 18:57