AZ EN RU

Şən və hazırcavablar klubları arasında müsabiqə

    10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində təşkil olunan ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazırcavablar klubları arasında müsabiqə Naxçıvan Uşaq Teatrında reallaşıb. Müsabiqənin məqsəd və vəzifələri, o cümlədən qaydaları haqqında məlumat diqqətə çatdırılıb. Sonra səhnə iştirakçıların ixtiyarına verilib. Ümumilikdə, 6 kollektiv səhnə bacarıqlarını nümayiş etdirib.  
    Nəticələrə gəlincə, münsiflər heyətinin qərarı ilə Naxçıvan Dövlət Texniki Kollecinin “Pakhlavateam” komandası qalib olub. Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Universitetinin təmsilçiləri müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar. 

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.11.2022 20:46