AZ EN RU

Sən həmişə qəlbimizdəsən, Naxçıvan!

    Naxçıvan mənim üçün dünyanın ən gözəl diyarıdır. Təbii ki, bu, ilk olaraq mənim Naxçıvanda doğulub boya-başa çatmağımla bağlıdırsa, digər tərəfdən, bu gözəl yurdum, sözün əsl mənasında, dünyanın zəngin tarixə və mədəniyyətə malik bölgələrindən biri olması ilə əlaqədardır. İspaniyada yaşadığımız müddətdə buradakı dostlarımıza Azərbaycanın, Naxçıvanın özünəməxsus gözəlliklərindən danışır, bir vətəndaş olaraq tariximizi, mədəniyyətimizi tanıtmağa çalışırıq. 
    2024-cü il isə Naxçıvan üçün xüsusi bir ildir. Çünki bu qədim diyar muxtariyyətinin 100-cü ildönümünü qeyd edir. Ötən 100 il ərzində muxtar respublika çox çətin günlərdən keçib, amma özünün mövcudluğunu qoruyub saxlayıb. Vətən müharibəsində qazandığımız böyük Zəfərdən sonra isə muxtar respublikanın region üçün əhəmiyyəti daha da artıb. Tezliklə Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan Şərqlə Qərb arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq. Arzu edirik ki, Naxçıvan tezliklə nəqliyyat blokadasından çıxaraq dünya ölkələri ilə sıx əlaqədə olsun. O zaman gözəl yurdumuz  daha çox tanınar, Naxçıvana turist axını artar. 
    100 illik muxtariyyətin mübarək olsun, gözəl Naxçıvanım! Dünyanın hansı nöqtəsində olsaq da, sən həmişə qəlbimizdəsən!
 

Nəşr edilib : 28.02.2024 13:01