AZ EN RU

“Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsi keçirilib

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi tərəfindən gənclər arasında “Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsi keçirilib. 
    Müsabiqənin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunması, gənc­lərdə vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, onlara vətəndaşlıq hisslərinin aşılanması, istedadlı gənclərin üzə çıxarılması, gənclər arasında bədii qiraətə marağın daha da artırılması olub. Müsabiqə iştirakçıları Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş və vətənpərvərlik mövzusunda olan şeirlərlə çıxış ediblər. 
    Sonda Nail Fərzəliyev I, Turanə Niftəliyeva II, Toğrul Cəfərli III yerə layiq görülüb. Qaliblər və həvəsləndirici yerlərin (3 nəfər) sahibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 28.08.2023 20:14