AZ EN RU

Seminar olub

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində “Sürücülərin peşə fəaliyyətində ekspert təcrübəsi” mövzusunda seminar keçirilmişdir.
    Seminarda nəqliyyat vasitələrinin istismar qaydaları, yol-nəqliyyat hadisələri hallarının aradan qaldırılması və sürücülük qorxusu və ya  amaksofobiya (avtomobil sürmək üçün patoloji qorxu) haqqında iştirakçılara məlumat verilmişdir. 
    Məktəbin direktoru Rəfael Abdullayev mövsumi şəraitlə əlaqədar olaraq baş verən yol nəqliyyat hadisələrinin aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
    Seminarda mərkəzin ekspertləri  Məhəmməd Həşimovun, Azər Abdullayevin və Fariz Səyyadovun mövzu ətrafında çıxışları dinlənilib. Müdavimlərə yol-nəqliyyat hadisələrinin qanunvericilkdə təsbiti, onların baş verməsinin obyektiv və subyektiv səbəbləri və aradan qaldırılması üçün görülməli olan tədbirlər barədə ətraflı məlumat verilib.
    Amaksofobiyanın (avtomobil sürmək üçün patoloji qorxunun) səbəbləri və psixoloji gərginliyin fəsadları haqqında məlumat verən mərkəzin eksperti həmin fobiyanın aradan qaldırılmasının vacibliyi və yolları haqqında danışıb.
    Sonda iştirakçıların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.01.2022 20:15