AZ EN RU

Seminar keçirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan Palace” oteldə  “Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri” mövzusunda seminar kecirilir.
Seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, BQXK-nın Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç, BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional koordinatoru Andrey Kozik və digər rəsmilər iştirak edir.
Qeyd edək ki, seminar iki gün davam edəcək.

Nəşr edilib : 22.11.2023 09:31