AZ EN RU

Seminar keçirilib

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Maliyyə Nazirliyinin yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə  “Bələdiyyələrin maliyyəsinin formalaşması və yerli büdcə vəsaitlərindən istifadə olunması ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda Naxçıvan şəhər Qaraçuq kənd mərkəzində bələdiyyələr üçün seminar təşkil edilmişdir.    
    Bələdiyyə sədrlərinin və bələdiyyə qulluqçularının, eləcə də Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirak etdiyi seminarda  mövzu ilə bağlı çıxışlar dinlənilib.
    Sonda iştirakçılara  metodik vəsait təqdim edilib. 

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.02.2022 20:08