AZ EN RU

Səməd Seyidov Frank Şvabeyə yenidən cavab verib: Özünü və AŞPA-nı məhv edəcəksən

Almaniyalı deputat Frank Şvabe həm özünü, həm də AŞPA-nı məhv edir.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov almaniyalı parlamentariyə cavab olaraq “X” hesabında yazıb.

Onun sözlərinə görə, Frank Şvabe qorxur:

"Məhz bu qorxu təhqirlərə sövq edir. O, yalanları həqiqət kimi qəbul edir. Sözlərində nifrət nə qədər çox olarsa, bir o qədər siyasətçi kimi batacaqsan, həm özünü, həm də AŞPA-nı məhv edəcəksən”.

Qeyd edək ki, F.Şvabe aprelin 30-da "X" hesabındakı paylaşımda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib.

Nəşr edilib : 01.05.2024 17:56