AZ EN RU

Sələsüz və Şada kəndlərində yanğın olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Sələsüz kəndində həyətyanı sahədə və bələdiyyəyə məxsus quru otlaq sahədə, Şada kəndində isə məişət tullantıları paliqonunda yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
"Şərq qapısı" xəbər ki, məlumatlarla əlaqədar Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.
Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Nəşr edilib : 25.07.2024 19:06