AZ EN RU

Selcan Mahsudova Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.

Bununla da gimnastika millimizin Fransanın paytaxtına qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.

Xatırladaq ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il "Paris-2024"ə lisenziya əldə etmişdi.

Nəşr edilib : 25.03.2024 13:49