AZ EN RU

Səlahiyyətli nümayəndə Qahab kəndində sakinlərlə görüşüb

    Avqustun 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayonunun Qahab kəndində olub, sakinlərlə görüşüb. 
    Görüşdə səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verib, dövlət proqramına əsasən görülən işlər və həyata keçiriləcək sosial-iqtisadi layihələri diqqətə çatdırıb. Fuad Nəcəfli həmçinin Babək rayon sakinləri ilə ötən görüşlərdə qaldırılan məsələlər və onların həlli yolları barədə məlumat verib.
    Görüşdə 56 kənd sakininin şikayəti dinlənilib, 4 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb, bütün müraciətlər protokollaşdırılıb.  

“Şərq qapısı”
 

Nəşr edilib : 22.08.2023 20:27