AZ EN RU

Səlahiyyətli nümayəndə incəsənət xadimləri ilə görüşüb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Naxçıvan şəhərində təşkil edilən konsert proqramı böyük anşlaqla qeyd olunub. Konsertdən sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konsertdə çıxış edən incəsənət nümayəndələri ilə görüşüb.

İncəsənət xadimləri konsert proqramında iştirak etdiklərindən böyük sevinc və qürur hissi keçirdiklərini bildirib, Ulu Öndərin 101-ci ildönümünündə Naxçıvanda olmağın fərqli bir hiss olduğunu qeyd ediblər. Həmçinin sənətkarlar Naxçıvanın zəngin mədəni irsinə və qonaqpərvərliyinə heyran olduqlarını dilə gətiriblər.

Səlahiyyətli nümayəndə konsert proqramının hər kəs tərəfindən sevinclə qarşılandığını bildirib, incəsənət nümayəndələrinə yaradıcılıq uğurları arzulayıb.

Səbuhi HƏSƏNOV 

Nəşr edilib : 11.05.2024 12:58