AZ EN RU

Səlahiyyətli nümayəndə "Bir millət iki dövlət" forumunun iştirakçıları ilə görüşüb

Oktyabrın 26-da Naxçıvanda keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100- cü ildönümü münasibətilə "Bir millət iki dövlət" forumundan əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli forum iştirakçıları ilə görüşüb. Forumun əhəmiyyətinə və Azərbaycan-Türkiyə əlaqələrinə diqqəti çəkən səlahiyyətli nümayəndə əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib. 

İğdır valisi Ercan Turan səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edib, qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərindən bəhs edib.

Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar göstərilən dəstəyə görə təşəkkür edib, forumun əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin əməkdaşlığın inkişafındakı rolundan danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 26.10.2023 19:40